Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ Yerevanın AİB-dən çıxması ilə bağlı xərclərini kompensasiya edə bilməyəcək

Aİ Yerevanın AİB-dən çıxması ilə bağlı xərclərini kompensasiya edə bilməyəcək


Brüssel başa düşür ki, Aİ-nin artan iqtisadi problemləri Yerevanın AİB-dən çıxma xərclərini kompensasiya etməsinə imkan verməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat ofisi bəyan edib. Xidmət iddia edir ki, Brüssel Yerevanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ilə bağlı milyardlarla xərci kompensasiya edə bilməyəcək.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat ofisinin açıqlamasına görə, bir çox Avropa ölkəsi artıq Aİ rəhbərliyinə bazarlarını Ermənistandan gələn mallara açmaq istəmədiklərini bildirib.

"Avropa qurumları etiraf edir ki, Rusiya əleyhinə sanksiyalar siyasəti və Avropa bürokratlarının Ukraynadakı müharibəni dəstəkləmək istəyi səbəbindən Avropa Birliyində artan iqtisadi problemlər Brüsselin Yerevana milyardlarla xərci kompensasiya etməkdən çəkindirəcək. Bir çox Avropa ölkəsi artıq Aİ rəhbərliyinə bazarlarını Ermənistandan gələn mallara açmaq istəmədiklərini bildirib", - deyə bəyanatda bildirilir.

Anar
Xəbəri paylaş