Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran dostdur, yoxsa düşmən?

İran dostdur, yoxsa düşmən?


"İran dostdur, yoxsa düşmən? Bu sual ilk baxışdan ritorik görünə bilər, lakin əsl həqiqətdə isə bu sual olduqca aktual əhəmiyyət kəsb edən, Azərbaycanın real xarici siyasətinin mərkəzində dayanan məsələlərdən birini özündə ehtiva edir. Və ən maraqlısı da budur ki, bu suala birmənalı, qısa və konkret cavab vermək də mümkün deyil. Çünki İranın fars-molla rejiminin Azərbaycan siyasəti öz dəyişkənliyi, ziqzaqlılığı, ziddiyətliliyi ilə çox zaman adi məntiqin sərhədlərindən kənara çıxır".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, cənub qonşumuz gah özünü üzdə dost, gah da elə birbaşa, açıq düşmən kimi aparır:

"İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektlərinin, o cümlədən AzTV-nin və GünAz TV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi də molla rejiminin Azərbaycana qarşı qeyri-dost münasibətinin göstəricisidir.

Yaxşı, tutaq ki, GünAz TV-nin sözügedən "düşmən media" siyahısına salınmasının məntiqini bəlkə də hardasa qismən də ola başa düşmək olar. Çünki həmin kanalın yaradıcıları İran vətəndaşı olan və hazırda xaricdə siyasi mühacirətdə olan, eyni zamanda, molla rejiminə qarşı sərt mövqe tutan Güney Azərbaycan türkləridir. Onlar molla rejiminin Güney azərbaycanlılara qarşı repressiya siyasətini haqlı olaraq tənqid edirlər".

Komitə sədri qeyd edib ki, ancaq Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi isə tamamilə absurddur:

"Bu kanal İrana qarşı əsla düşmən münasibət sərgiləmir və İranın "Səhər" (əslində isə "Zəhər") televiziyasından fərqli olaraq, iki ölkə arasında qonşuluq münasibətlərinə zərbə vura biləcək heç bir təbliğat işi aparmır. Bu baxımdan, molla rejiminin AzTV-ni düşmən elan etməsi həqiqətən də dərin təəccüb doğurur.

Azərbaycan tərəfi sözsüz ki, bu cür fitnəkar hərəkətə səssiz qala bilməzdi. Ona görə də qarşılıqlılıq prinsipinin ("güzgü effekti") əsasında İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin ölkəmizdə fəaliyyətinin qanunsuz hesab edilməsi Azərbaycanın təbii haqqıdır. Necə deyərlər, "gözə göz, qana isə qan!" prinsipi öz işini gördü".

Əlisahib Hüseynov hesab edir ki, molla rejimi bununla layiqli cavabını almış oldu:

"Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan "Səhər" kanalı və "Mehr" agentliyinin "qanundankənar" elan edilməsi molla rejiminə tutarlı cavabdır. Bu cür adekvat cavablar cənub qonşumuzu reallıq hissinə qaytara və normal siyasət yürütməyə sövq edə bilər".

Süleyman
Xəbəri paylaş