
İsrail yenidən İrana hücum etməyə və İranın enerji obyektlərinə zərbə endirməyə hazırdır. Lakin Vaşinqton bu addımı təsdiqləmir.
Newscenter.az TASS-a istinadən bildirir ki, belə bir açıqlamanı İsrailin müdafiə naziri İsrael Katz çıxış edib.
"Biz həqiqətən İranın enerji obyektlərinə hücum etmək istəyirik, amma ABŞ hazırda bunu təsdiqləmir. Çünki bu, qonşu ölkələrə zərər verəcək və qlobal neft böhranına səbəb olacaq", - deyə müdafiə naziri vurğulayıb.
Katzın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri təlimat alıb və təkbaşına İrana hücum etməyə hazırlaşır:
"ABŞ və İranın İsrailin konkret maraqlarının əhatə dairəsindən kənara çıxan müəyyən problemləri var, məsələn, Hörmüz boğazı və ya enerji".
Anar












































