Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Efiopiyaya rəsmi səfərə gedib

Sahibə Qafarova Efiopiyaya rəsmi səfərə gedib


Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfərə gedib.

Newscenter.az xəbər verir ki, Əddis-Əbəbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatası sədrinin müavini Lomi Bedo, Xarici İşlər Nazirliyinin dövlət naziri Berhanu Tsegaye və Protokol xidmətinin rəisi Melaku Bedada, Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Süleyman
Xəbəri paylaş