Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb


Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb.

Newscenter.az xəbər verir ki. layihə ilə bağlı fəaliyyətlər əsasən Norveç, Avstriya, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Belarus, Niderland, Almaniya, İsveç, Avstraliya və Küveytdəki soydaşlarımızla icra olunub.

3 ay müddətində həyata keçirilən layihə çərçivəsində xaricdəki soydaşlarımızla hazırlanan müsahibələr yerli saytlarda dərc edilib. Eyni zamanda xarici saytlarda yayımlanan maarifləndirici məqalə və onlayn görüş vasitəsilə ana dilinin əhəmiyyəti ön plana çıxarılıb, onun gündəlik həyatda istifadəsi təşviq edilib və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bu istiqamətdə təcrübələri paylaşılaraq daha geniş auditoriyaya çatdırılıb. Ana dilinin qorunması ilə bağlı maarifləndirmə xidməti diasporumuza informasiya və motivasiya dəstəyi olub, həmçinin milli kimliyin və ana dilinə bağlılığın gücləndirilməsinə ictimai təsir edib.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycan diasporu üzvləri arasında ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinə dəstək vermək, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında dilə bağlılıq hissini gücləndirmək idi.

Anar
Xəbəri paylaş