Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?


Ölkədə mənfi tendensiya müşahidə edilməkdədir. Özü də bəzi xırda məmurlar tərəfindən. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi vəzifə sahibləri, bu və ya digər sahəyə rəhbərlik edən şəxslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və ya sərəncamlara məhəl qoymur, dövlət başçısının iradəsinə qarşı çıxaraq ölkənin bir nömrəli şəxsinə qarşı sanki meydan oxuyurlar.

Newscenter.az-ın apardığı qısa təhlillər nəticəsində aydın olub ki, ölkə prezidentinin fərman və sərəncamlarına, onun siyasi iradəsinə qarşı dirənişin əsasını gənclər və idman naziri Fəriq Qayıbov qoyub. Nazirlikdəki mənbənin redaksiyamıza verdiyi xəbərə görə, ölkə başçısının Mariana Vasilevanın gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamından bir neçə ay sonra belə sözügedən şəxs nazirlik dəhlizlərində görünüb, xanım Vasileva nazirlikdəki işini davam etdirib. Məsələ nazirlik dəhlizlərindən kənara cıxdıqdan sonra nazir keçmiş müavini ilə iş yollarını ayırıb. Bu azmış kimi Fərid Qayıbov dövlıət başçısının Vasileva ilə bağlı müvafiq sərəncamı imzalanan günlərdə nazir Qayıbov sosial şəbəkə hesabında Mariana Vasileva ilə qol-boyun çəkilmiş fotosunu paylaşaraq sanki dövlət başçısına meydan oxuyurdu.
Qeyd edək ki, Mariana Vasileva GİN-də özünə dəbdəbəli ad günləri təşkil etmək, şəxsi avtomobili ilə paytaxtdakı marketlərin birinin qarşısında qəza törətməklə yadda qalıb və bu kimi neqativ hallar onun tutduğu postdan uzaqlaşdırılmasına yol açıb.

Cənab Prezidentin siyasi iradəsinə qarşı dirəniş göstərən, dövlət başçısının fərman və sərəncamlarını saya saymayan məmurlardan biri də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovdur. O, həm də Azərbaycan Atletika Federasiyasının prezidentidir. Bu günlərdə Cavid Qurbanovun prezidentin sərəncamı ilə işdən azad edilmiş Mariana Vasilevanı sözügedən federasiyanın icraçı direktoru təyin etməsi bu qənaəti yaradır.

Nəhayət, Cənab Prezidentin siyasi iradəsinə qarşı dirəniş göstərən məmurlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Vüsar Nəsirlidir. Gənc kadr olmasına baxmayaraq, Vüsal Nəsirli deyəsən gec gəlib tez öyrənən məmurlardandır. Ancaq mənfi tərəfi ondan ibarətdir ki, Vüsal Nəsirli daha çox pis ənənənləri öyrənməyə üstünlük verib. Əks halda Azərbaycan Prezidentinin sərəncamı ilə müavin vəzifəsindən kənarlaşdırılan Hüsnü Quliyevə Vüsal Nəsirli yenidən etimad göstərib ona rəhbərlik etdiyi Agentlikdə müşavir postunu həvalə etməzdi. Hər halda Agentliyin yaydığı xəbərdə belə deyilir. Bu artıq dövlət başçısının siyasi iradəsinə qarşı çıxmağın pik həddidir. Çünki adam tutduğu vəzifəyə, posta yararlıl olsaydı, o zaman Cənab Prezident onu müavin postundan azad etməzdi. Yoxsa, qısa müddətli dövr ərzində Hüsnü Quliyev yol infrastrukturu ilə bağlı hər şeyi mənimsəyib bacarıqlı kadra çevrildi? Bütün bu suallara isə təbii ki, Vüsal Nəsirli, eləcə də onun digər həmkar məmur yoldaşları cavab verməlidir.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş