Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Beyləqan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb


Beyləqan 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Beyləqan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Newscenter.az xəbər verir ki, bu barədə Mediasiya Şurası məlumat yayıb. Bildirilib ki, Füzuli, Beyləqan, Xocavənd, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Ağcabədi rayonu üzrə vətəndaşlar 31 iyul 2026-cı ildən etibarən Beyləqan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Beyləqan 1 saylı mediasiya təşkilatının direktoru Teymurova Günay Valeh qızıdır. Qurum Beyləqan şəhəri, S. İmrəliyev küçəsi 60 ünvanında yerləşir.

Süleyman
Xəbəri paylaş