
Latviya hakimiyyəti Baltikyanı respublika vətəndaşlarını qonşu Belarusa səyahət etməkdən çəkinməyə çağırıb.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə daxili işlər naziri Yanis Dombrava çıxış edib.
O, veb saytdakı paylaşımda yazıb:
"Latviya sakinlərini Belarusa səyahət planlarından imtina etməyə və ya artıq oradadırsa, geri qayıtmağa çağırıram".
Nazir bunun səbəbi kimi Belarusun iddia edilən hibrid miqrasiya müharibəsini göstərib. Nazirin sözlərinə görə, Asiya və Afrikadan olan qanunsuz miqrantlar müntəzəm olaraq Belarus ərazisindən Latviyaya girməyə çalışırlar. Yanis Dombrava hesab edir ki, bu şəraitdə ölkələr arasında təhlükəsiz hərəkət çətinləşə bilər.
Anar












































