
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 31-də mətbuat üçün bəyanatlarla çıxış ediblər.
İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ortaq tarixə, dil və mədəni yaxınlığa əsaslanaraq qarşılıqlı etimad ruhunda inkişaf edir. Son illərdə siyasi dialoq daha da intensivləşmiş və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ölkə başçısı çıxışı zamanı , Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə razılığın əldə olunduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Fondun maliyyə imkanlarının artırılması Qırğızıstanda həyata keçirilən birgə investisiya layihələrinin genişlənməsinə, yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Prezident həmçinin vurğulayıb ki, İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən və “Bakı” adını daşıyan beşulduzlu hotel iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın növbəti uğurlu nümunələrindən biridir.
Nəticə etibarıilə Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi və tədbirin yekununda tərəflər əməkdaşlığın gələcək istiqamətlərini özündə əks etdirən Birgə Bəyannamə imzaladılar. İmzalanan sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın dost və tərəfdaş ölkələrlə münasibətləri davamlı olaraq inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu və regional əməkdaşlıqda mövqeyi daha da möhkəmlənir.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı











































