
Hörmüz boğazında naviqasiyanın pozulması Avrasiyanı Ərəbistan dənizi ilə birləşdirən alternativ marşrut kimi Pakistandan keçən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) inkişafına marağı artırıb.
Newscenter.az xəbər verir ki, bu fikri Pakistanın Federal İncəsənət, Elm və Texnologiya Universitetinin Beynəlxalq Əlaqələr və Kütləvi Kommunikasiyalar kafedrasının müdiri Faysal Cavaid bildirib.
Ekspert qeyd edib ki, hazırkı şəraitdə Pakistan Avrasiya ticarət və nəqliyyat şəbəkələri üçün əlavə tranzit mərkəzinə çevrilə bilər. Bu da onların şaxələndirilməsinə və yük daşımalarının artmasına kömək edəcək.
Cavaidin vurğuladığı kimi, Pakistanın üstünlüyü əlverişli coğrafi mövqeyi, Çin-Pakistan İqtisadi Dəhlizinin infrastrukturunun, eləcə də Ərəbistan dənizindəki Qvadar limanının qlobal bazarlara çıxışı təmin etməsidir.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) Asiyadan Rusiya vasitəsilə Avropaya multimodal yük daşıma marşrutudur. O, digər ölkələrlə yanaşı, Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirir.
Süleyman











































