
"31 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sıdır Japarovun birgə bəyanatı yalnız ikitərəfli diplomatiyanın növbəti mərhələsi deyil, həm də Mərkəzi Asiya və Güney Qafqaz regionlarının geosiyasi xəritəsində yeni güc balansının formalaşmasını göstərən mühüm sənəddir. Liderlərin verdiyi ismarışları diqqətlə təhlil edildikdə, bəyanatın dərin siyasi və ideoloji şifrələrə malik olduğu aydın görünür".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Jalə Həsənova deyib. O bildirib ki, Bakı və Bişkek Mərkəzi Asiya və Güney Qafqazı vahid siyasi-iqtisadi məkan kimi birləşdirmək kursunu sürətləndirir:
"Bu, iki regionun ayrı-ayrı geosiyasi subyektlər deyil, bütöv bir Avrasiya platforması kimi çıxış etməsi deməkdir. Şərq-Qərb nəqliyyat marşrutunda Azərbaycan əsas tranzit qovşağı, Qırğızıstan isə Mərkəzi Asiyanın logistik qapısı rolunu oynayır. Bəyanatda nəqliyyat və kommunikasiya xətlərinin inkişafına verilən vurğu, region ölkələrinin xarici geosiyasi təzyiqlərdən azad müstəqil tranzit dəhlizi yaratmaq istəyini göstərir".
Hakim partiya təmsilçisi qeyd edib ki. bəyanatın ideoloji təməli təkcə ikitərəfli maraqlara deyil, daha geniş kimlik və suverenlik prinsiplərinə dayanır:
"Bu prinsip strateji baxımdan Türk Dövlətləri Təşkilatı (TDT)-Şərqdən Qərbə Vahid Kimlik kontekstində qiymətləndirilməlidir".
Anar












































