
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin maliyyə sistemində aşkar edilmiş qanun pozuntuları və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə bağlı aparılmış istintaq və məhkəmə prosesləri ölkədə ən mühüm hüquqi işlərdən biri olmuşdur. Bu iş üzrə istintaq aparılmış, məhkəmələr tərəfindən qərarlar qəbul edilmiş və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
Dövlət büdcəsi sadəcə maliyyə vəsaiti deyil. Bu, Azərbaycan vətəndaşının ödədiyi verginin, şəhid ailələrinin sosial təminatının, qazilərin hüquqlarının, ordunun təminatının və dövlət təhlükəsizliyinin maliyyə əsasını təşkil edir. Bu səbəbdən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə qərarları cəmiyyət tərəfindən xüsusi həssaslıqla qarşılanır".
Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq müdafiəçisi David Seliverstov hüquq müdafiəçisi Çingiz Qənizadənin Müdafiə Nazirliyinin maliyyə sistemində aşkar edilmiş qanun pozuntuları və dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə bağlı aparılmış istintaq və məhkəmə prosesləri barədə fikirlərinə münasibət bildirərkən deyib. David Seliverstovun sözlərinə görə, hüquqi dövlətin əsas prinsipi ondan ibarətdir ki, hər kəsin müdafiə hüququ vardır. Lakin eyni zamanda hüquq müdafiəçisinin ictimai mövqeyi qanunun aliliyinə, məhkəmə qərarlarına və dövlət maraqlarına hörmət prinsipi üzərində qurulmalıdır. Hüquq müdafiəçisi ilk növbədə hüququn özünü müdafiə etməlidir:

"Hesab edirəm ki, hüquqi müzakirələr şəxslər üzərində deyil, qanun üzərində qurulmalıdır. Dövlətə vurulmuş ziyanın aradan qaldırılması, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası və ictimai etimadın qorunması hüquqi dövlətin əsas sütunlarıdır.
Qanuna hörmət etmək dövlətə hörmət etməkdir. Dövlətçiliyi qorumaq isə yalnız sözlə deyil, hüququn aliliyinə ardıcıl sadiqliklə mümkündür. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digər vəzifəli şəxslərə qarşı dövlət büdcəsi vəsaitlərinin xüsusilə külli miqdarda mənimsənilməsi ilə bağlı ittihamlar irəli sürülmüşdür".
David Seliverstov hesab edir ki, dövlət büdcəsinin mənimsənilməsi ilə bağlı məhkəmə tərəfindən baxılmış və hüquqi qiymət verilmiş işlərə münasibətdə mənim qanuna əsaslanan mövqeyimə maneə yaratmaq cəhdləri qəbuledilməzdir:
"Mənim mövqeyim şəxslərə qarşı deyil, hüququn aliliyinin tərəfindədir. Əgər dövlət büdcəsinə külli miqdarda zərər vurulduğu məhkəmə tərəfindən müəyyən edilibsə, həmin zərərin tam həcmdə dövlətə qaytarılması hüquqi dövlət prinsipinin vacib tələblərindən biridir. Hesab edirəm ki, dövlət büdcəsinə vurulmuş ziyanın bir qəpiyi belə cəmiyyət üçün əhəmiyyətlidir. Çünki həmin vəsait Azərbaycan vətəndaşının vergisi, şəhid ailələrinin sosial təminatı, qazilərin hüquqları, ordunun ehtiyacları və dövlətimizin təhlükəsizliyi üçün nəzərdə tutulmuş xalqın sərvətidir.
Buna görə də dövlətə vurulmuş zərərin tam ödənilməsi və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının tam icrası hüququn aliliyinin və ictimai ədalətin əsas tələblərindən biridir".
David Seliverstov Çingiz Qənizadəyə xitabən deyib ki, siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir.
David Seliverstov bildirib ki, ədalətin olduğu yerdə dövlət güclü, qanunun olduğu yerdə millət məğrur olar:
"Tanrı Azərbaycanı qorusun. Tanrı Azərbaycan Respublikasının Prezidentini qorusun. Yaşasın Azərbaycan!"
Süleyman












































