
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 1 milyard 345,433 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Newscenter-az-ın məlumatına görə, "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.
7 ay ərzində Azərbaycana ixrac Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.
Təkcə iyulda isə Türkiyə Azərbaycana 223,501 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.
Yanvar-iyul aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (12 milyard 812 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4,4 % çox), ABŞ (8 milyard 251,275 milyon ABŞ dolları, 9,4 % çox) və Birləşmiş Krallıq (8 milyard 78,349 milyon ABŞ dolları, 1,2 % çox) dəyərində həyata keçirib.
Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % artaraq 141 milyard 41,732 milyon ABŞ dollarına, iyul ayında isə 2,1 % artaraq 22 milyard 077,299 milyon ABŞ dollarına çatıb.













































