
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edilib.
Bu barədə Newscenter-az-a Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Anar












































