Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanın gələcəyi üçün mühüm addımlar

Naxçıvanın gələcəyi üçün mühüm addımlar



"Naxçıvan Muxtar Respublikası Azərbaycanın qədim tarixini və dövlətçilik ənənələrini yaşadan mühüm diyar olmaqla yanaşı, ölkəmizin strateji maraqları baxımından da xüsusi mövqeyə sahibdir. Çətin və uzunmüddətli blokada şəraitinə baxmayaraq, Naxçıvan öz dayanıqlığını qoruyaraq inkişaf yolunda inamla irəliləyib. Azərbaycanın əsas hissəsi ilə Türkiyəni birləşdirən əlverişli coğrafi mövqeyi isə Naxçıvanın əhəmiyyətini daha da artıraraq onu Türk dünyası arasında nəqliyyat, iqtisadi və geosiyasi əlaqələrin genişlənməsində mühüm halqaya çevirir.

Vurğulamaq istərdim ki , Prezident doğma Partiyamızın Sədri Cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana növbəti səfəri və AzTV-yə verdiyi geniş müsahibə bu bölgənin dövlətimizin ali rəhbərliyinin diqqət mərkəzində olduğunu bir daha təsdiq edir. Səfər çərçivəsində səsləndirilən fikirlər və müsahibədəki tezislər Naxçıvanın sosial-iqtisadi inkişafı, regional nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələləri ilə bağlı yeni strateji hədəfləri müəyyənləşdirir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, ölkə başçısı müsahibəsi zamanı Naxçıvanın günəş enerjisi baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu bildirdi:

"Artıq 600 hektardan çox ərazi günəş elektrik stansiyalarının yaradılması üçün müəyyənləşdirilib. Dövlət başçısının açıqlamasına görə, gələcəkdə burada yüzlərlə meqavat gücündə yeni günəş elektrik stansiyaları inşa edilə bilər. Naxçıvanın ümumi günəş enerjisi potensialının isə ən azı 500, hətta 1000 meqavat səviyyəsinə çata biləcəyi qeyd edildi.

Səfər çərçivəsində həmçinin sosial sahədə həyata keçirilən mühüm addımlardan biri Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılış mərasimində iştirak edərək burada yaradılan şəraitlə tanış oldular. Yeni mərkəzdə əhaliyə 164 növ sosial xidmətin vahid məkanda və “bir pəncərə” prinsipi ilə təqdim olunması nəzərdə tutulur. Müəssisədə 117 əməkdaş və 50 könüllünün çalışacağı, gün ərzində orta hesabla 500-600 vətəndaşa xidmət göstəriləcəyi planlaşdırılır. Bu layihə Naxçıvanda sosial xidmətlərin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Hakim partiya təmsilçisi qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı Sərəncamla muxtar respublikaya 258 milyon manat vəsait ayrılıb:

"Ayrılan vəsaitin 66 milyon manatı Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində inşa olunan Tivi Su Elektrik Stansiyasında tikinti işlərinin davam etdirilməsinə yönəldilib. Görülən tədbirlər Naxçıvanın enerji imkanlarının genişləndirilməsinə və bərpaolunan enerji mənbələrindən daha səmərəli istifadəyə şərait yaradacaq. Nəticə etibarilə, Naxçıvanın yaxın illərdə enerji idxalçısından potensial enerji ixracatçısına çevrilməsi üçün mühüm zəmin formalaşır".

Anar
Xəbəri paylaş