Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynaya təzyiq etməklə nəyəsə nail olmaq mümkün deyil

Ukraynaya təzyiq etməklə nəyəsə nail olmaq mümkün deyil


Müharibənin Rusiyanın tələblərinə görə başa çatması üçün Ukraynaya qarşı olan təzyiqlər Tramp hakimiyyətə gələn dövrdən davam edir. İndiki məqamda isə Tramp özü çətin durumdadır. Konqresə aralıq seçkilərində respublikaçıların vəziyyəti ürəkaçan deyil. Hətta ABŞ tarixində Trampın reytinqi 33 faizdən də aşağı düşməklə ən pis vəziyyətdədir. Ona görə də Trampa Rusiya-Ukrayna müharibəsində müəyyən uğur, heç olmasa irəliləyiş hekayəsi lazımdır.

Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində artan diplomatik fəallığı şərh edərkən deyib. Onun sözlərinə görə, bu, Tramp, Putin və Zelenskinin görüşünün təşkil edilməsi ola bilər:

"Tərəflərin mövqeləri elədir ki, bu məsələnin həllinin döyüş meydanında həll edilməsindən başqa çarəsi yoxdur. Hər iki tərəf ancaq istəklərinə hərbi yolla çata bilərlər. Bu baxımdan danışıqların aparılması ancaq görüş xatirinə ola bilər. Tramp da bunu istəyir".

Azər Qasımov hesab edir ki, Ukraynaya təzyiq etməklə nəyəsə nail olmaq mümkün deyil:

"Trampın Ukraynaya təzyiq mexanizmləri də yox səviyyəsindədir. Hətta ABŞ-ın bu müharibədən yaxşı pul qazandığı belə bəllidir. Ukrayna isə öz torpaqlarını asanlıqla Rusiyaya verməz. Avropa da buna imkan vermir. Ukraynada Rusiyanın istəyinin olması sıranın Avropaya gəlməsi deməkdir. Ona görə də Avropa Ukraynanın məğlub olmasını gözə ala bilməz".

Azər Qasımovun qənaətincə, bütün tərəflər Trampı əsəbləşdirməmək üçün
Konqresə seçkilər öncəsi hansısa oyun oynaya bilərlər, amma bu müharibənin bitməsi anlamına gəlməyəcək.

Süleyman
Xəbəri paylaş