Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmədə gələcək layihələr müzakirə edilib


Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr müzakirə edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman ilə görüşündə fikir mübadiləsi aparılıb.

Görüş zamanı mina təhlükəsinin aradan qaldırılmasının yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda regionda dayanıqlı sülhün və sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin təhlükəsiz yaşayışının və məskunlaşmasının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Anar
Xəbəri paylaş