Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir neçə ölkə Avrasiya İqtisadi Birliyinə maraq göstərir

Daha bir neçə ölkə Avrasiya İqtisadi Birliyinə maraq göstərir


Bir neçə ölkə Avrasiya İqtisadi Birliyində (AAİB) müşahidəçi dövlət statusu almaqda maraqlı olduğunu bildirib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev məlumat verib.

O bildirib ki, Özbəkistan, Kuba və İran birlikdə müşahidəçi dövlətlər kimi iştirak edir və digər ölkələr də bu cür status almaqda maraqlıdırlar:

"AİB İordaniya, Cənubi Afrika və Zimbabve də daxil olmaqla bir sıra ölkələrlə sərbəst ticarət sazişlərinin bağlanması perspektivlərini araşdırır. Vyetnam, İran və Serbiya ilə sərbəst ticarət sazişi, Monqolustanla müvəqqəti ticarət sazişi, eləcə də Çinlə güzəştsiz ticarət sazişi qüvvədədir".

O, əlavə edib ki, BƏƏ ilə iqtisadi əməkdaşlıq sazişi bu ilin 6 oktyabrında qüvvəyə minəcək. İndoneziya ilə sərbəst ticarət sazişinin ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir:

"Hindistanla danışıqlar intensivləşib, Tunislə danışıqlara başlamaq qərarı verilib və Pakistanla sərbəst ticarət rejiminin formalaşdırılması məsələsi nəzərdən keçirilir".

Anar
Xəbəri paylaş