Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda hər keçən gün daha aydın şəkildə anlayırlar ki,...

Ermənistanda hər keçən gün daha aydın şəkildə anlayırlar ki,...


Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə faktiki olaraq həll olunsa da, lakin sülhün rəsmiləşməsi üçün mövcud olan yeganə maneə də tam şəkildə ortadan qaldırılmalıdır.

Newscenter.az xəbər verir ki, bunu deyən siyasi şərhçi Elçin Ağamalının sözlərinə görə, Azərbaycanın Ermənistana yönəlik siyasəti nəticəsində bu maneənin ortadan qalxması da artıq zaman məsələsidir:

"Ermənistanda hər keçən gün daha aydın şəkildə anlayırlar ki, Azərbaycanla sülh və mehriban birgəyaşayış bu ölkəyə tam suverenlik və təhlükəsizlik qarantiyası gətirəcəkdir. Əks təqdirdə ölkənin gələcəyinə dair hər zaman xarici təhdidlər üçün şərtlər formalaşacaqdır".

Elçin Ağamalı hesab edir ki, bu baxımdan növbəti ildə Ermənistan Konstitusiyasına dəyişikliyin və ölkələrimiz arasında sülh sazişinin bağlanmasının şəhidliyini edəcəyimiz qənaətindədir:

"Beynəlxaq münasibətlərə və dövlət quruculuğuna unikal yanaşma sayəsində dünyada gedən çətin və dəyişkən proseslər tamamilə dövlətimizin maraqlarının qorunması və inkişafı yönündə inkişaf edir".

Süleyman
Xəbəri paylaş