Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan 35 ildən sonra ilk dəfə rekord qırıb

Özbəkistan 35 ildən sonra ilk dəfə rekord qırıb


Özbəkistanda 2026-cı ildə pambıq yığımı 5 milyon tona çatıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, bu, 1991-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Nazirliyin məlumatına görə isə 2024-cü ildə respublikada 2 milyon 938 min ton xam pambıq yetişdirilib. Beləliklə, iki il ərzində məhsulun həcmi 2 milyon tondan çox və ya 70% artıb.

1991-ci ildə Özbəkistanda 4 milyon 646 min ton pambıq yetişdirilib. Beynəlxalq Valyuta Fondunun arxiv məlumatlarına görə, həmin il 1,72 milyon hektar sahədə pambıq yetişdirilib.

2026-cı ildə pambıq sahələri 889,5 min hektar təşkil edib. Yəni, 35 il əvvəlki ilə müqayisədə torpaq sahəsinin yarısından çoxu yığılıb.

Nazirliyin məlumatına görə, bu ilki mövsümdə təxminən 3000 pambıq yığan maşın iştirak edib. 22 oktyabr tarixinə olan məlumata görə, məhsulun 76 faizi maşınlarla yığılıb. Hazırda pambıq yığımı hələ başa çatmayıb. Məhsulun bir hissəsi tarlalarda qalıb. Buna görə də mövsümün sonuna qədər ümumi rəqəmin 5 milyon tonu keçəcəyi gözlənilir.

Süleyman
Xəbəri paylaş