
Özbəkistanda xarici kapital hesabına yaradılan birgə müəssisələrin sayı 5137-yə çatıb.
Newscenter.az Milli Statistika Komitəsinə istinadən bildirir ki, onların əksəriyyəti Rusiya kapitalının iştirakı ilə yaradılıb. Sonrakı yerləri Çin və Türkiyə tutur.
Ümumilikdə, ölkədə xarici investisiyalı müəssisələrin sayı 23501-ə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5906 və ya 33,6% çoxdur. Bunlardan 18364-ü tamamilə xarici kapitallı müəssisələrdir.
Süleyman













































