Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Trampın təzyiqlərinə duruş gətirə bildi

Zelenski Trampın təzyiqlərinə duruş gətirə bildi


"Vaşinqton görüşündə Ağ Ev rəhbəri Donald Tramp Ukrayna liderinə torpaq güzəştə getməsi ilə bağlı təzyiqlər göstərməyə çalışsa da, lakin Volodimir Zelenski Avropa liderləri sayəsində bu təzyiqə duruş gətirə bildi. Tramp da öz növbəsində ərazi güzəşti məsələsini Putinlə Zelenskinin öz üzərinə qoydu".

Bu fikirləri Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə Vaşinqton görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, hələlik tərəflər arasında sülhün əldə olunmasına inam azdır:

"Ancaq Tramp çalışır ki, sülhə nail olmaq istiqamətində müəyyən addımlar atsın. Yaxın günlərdə Tramp-Putin-Zelenski arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur".

Məhəmməd Əsədullazadə hesab edir ki, Tramp yaxın bir ay ərzində Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsini istəsə də, lakin bunun Kiyevin öz ərazilərini itirəcəyi təqdirdə baş verəcəyi Ağ Ev rəhbərini qətiyyən maraqlandırmır:

"Ona görə də proses dumanlı olaraq qalır".

Süleyman
Xəbəri paylaş