Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyada 63-dən çox kütləvi məzarlıq müəyyən edilib

Suriyada 63-dən çox kütləvi məzarlıq müəyyən edilib


Suriyada 63-dən artıq kütləvi məzarlıq müəyyən edilib.

Newscenter.az SANA-ya istinadən xəbər verir ki, bunu Suriyanın İtkin Şəxslər üzrə Milli İdarəsinin rəhbəri Məhəmməd Rza Cəlhi deyib. O, ölkədə 63-dən çox kütləvi məzarlığın sənədləşdirildiyini və itkin düşənlərin sayının 120 mindən 300 minə qədər olduğunu açıqlayıb.

Cəlhi, itkin düşmüş şəxslərin sənədlərinin Suriyanın mürəkkəb və ağrılı məsələlərindən biri olduğunu vurğulayıb.

Celhi, itkin düşmüş şəxslərlə bağlı milli rəqəmsal platformanın işə salınması üçün hazırlıqların davam etdiyini açıqlayaraq, "Bu platforma itkin düşənlər üçün məlumat bankı yaradacaq. Həmçinin itkin düşənlərin yaxınlarına hüquqi, psixoloji və sosial dəstək vermək üçün kart layihəsi hazırlanır",-deyə bildirib.

Celhi həmçinin qeyd edib ki, şahidlərin müdafiəsi və məlumatların toplanması və paylaşılması üçün protokollar hazırlanır. O, Cenevrədə beynəlxalq tərəflərlə məsləhətləşmələrin aparıldığını və bu çərçivədə hüquqi sənədləşmə və məhkəmə tibb sahələrində əməkdaşlıq protokollarının imzalandığını deyib.

Anar Əliyev
Xəbəri paylaş