
"Rusiya üçün Ukrayna müharibəsi, sadəcə torpaq işğalı və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq məqsədi daşımır. Rusiya Ukraynada başladığı müharibəni SSRİ - nin, yaxud rus imperiyasının bərpası üçün ilk və həlledici mərhələ hesab edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, gedən danışıqlar, görüşlər, diplomatik əlaqələr hamısı imitasiyadır:
"Rusiyanın atəşkəsiz birbaşa sülh müqaviləsi tələbi əslində elə Ukraynanın razılığa gəlməsini mümkünsüz edir. Əgər, Rusiya tələbləri çərçivəsində Ukrayna ilə sülh müqaviləsi bağlayarsa, bu Rusiyanın yeni müharibələrini mütləq prosesə çevirir. Deyəndə ki, Ukrayna bütün dünya üçün savaşır, bu həqiqətdir. Demək bu müharibə bütün dünyanı narahat etməlidir".
Anar Əliyev