Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pedofillər azadlığa çıxmazdan altı ay əvvəl kimyəvi kastrasiya ediləcək

Pedofillər azadlığa çıxmazdan altı ay əvvəl kimyəvi kastrasiya ediləcək


Qazaxıstanda pedofillər azadlığa çıxmazdan altı ay əvvəl kimyəvi kastrasiya ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” əmrdə dəyişiklik edilib.

Sənədə əsasən, yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda təqsirli bilinənlər üçün azadlığa çıxmazdan altı ay əvvəl kimyəvi kastrasiya həyata keçiriləcək.

Müəssisənin müdiriyyəti cəza müddətinin başa çatmasına on iki aydan gec olmayaraq psixi pozğunluqların və cinsi zorakılığa meylin olmasını (və ya olmamasını) müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi üçün materialları məhkəməyə təqdim etməlidir.

Lakin bu normalar ağlı başında olmanı istisna etməyən psixi pozuntulara görə məhkəmənin qərarı ilə tibbi xarakterli məcburi tədbirlərə məruz qalmış məhkumlara şamil edilmir.

Mehman Mehdiyev
Xəbəri paylaş