Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moldovanın yeni hərbi strategiyası NATO standartlarına keçidi nəzərdə tutur

Moldovanın yeni hərbi strategiyası NATO standartlarına keçidi nəzərdə tutur


Moldovanın yeni hərbi strategiyası silahlı qüvvələrinin modernləşdirilməsini və NATO standartlarına keçidi tələb edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, yeni hərbi strategiyaya əsasən, ölkə ordusu üçdə bir artırılacaq.

Beləliklə, Moldova silahlı qüvvələrini 30% artıraraq 8500 hərbçi və 2000 mülki şəxsə çatdıracaq. Bu, hökumətin iclasında təsdiq edilmiş 2025-2035-ci illər üçün yeni hərbi strategiyada öz əksini tapıb.

Hərbi strategiya dinc dövrdə silahlı qüvvələrin qarışıq komplektləşdirilməsi sisteminin saxlanmasını nəzərdə tutur.

Bundan başqa, sənəd silahlı qüvvələrin modernləşdirilməsini və NATO standartlarına keçidi nəzərdə tutur.

Mehman Mehdiyev
Xəbəri paylaş