
Bu il ərzində Almaniya səmasında 1000-dən çox naməlum dron müşahidə edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Almaniya Federal Cinayət İdarəsiməlumat verib.
Bildirilib ki, onlar ən çox hərbi obyektlərin, hava limanlarının, müdafiə zavodlarının və limanların yaxınlığında aşkar edilib.
İdarənin yaydığı məlumata görə, Almaniya səmasında təkcə fərdi dronlar deyil, həm də əlaqələndirilmiş uçuşlar həyata keçirən PUA qrupları da müşahidə olunub. Həmin cihazların hansı ölkəyə aid olduğunu müəyyən etmək olmayıb.
"Son bir il ərzində bu cür naməlum PUA-ların onlarla operatoru müəyyən edilib",-deyə məlumatda vurğulanıb.
Fuad











































