Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfv və amnistiyaların vaxtaşırı həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Əfv və amnistiyaların vaxtaşırı həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.



Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclisin Amnistiya elan edilməsi ilə bağlı qəbul etdiyi qərarın icrasına başlanılmasını alqışlayır və bu gün azadlığına qovuşan keçmiş məhkumları təbrik edirik. “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən bu Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Əfv və amnistiyaların vaxtaşırı həyata keçirilməsi artıq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Humanizm prinsiplərinə əsaslanan Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının verilməsi və amnistiya təşəbbüslərinin irəli sürülməsi təcrübəsi sosial ədalət və mərhəmət nümunəsi olmaqla yanaşı, həm də milli birlik və həmrəyliyimizin qaynağıdır. Bu cür humanist təşəbbüslər mill həmrəyliyi gücləndirir. Müstəqillik dövrünün ən böyük amnistiya təşəbbüsü sayılan bu hüquqi prosesin ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Beləliklə, minlərlə vətəndaşımızın həbsdən azad olunması ədliyyə-penitensiar tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qalacaq.
Amnistiya aktına əsasən mərhələli şəkildə bir çox şəxslərin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması ölkəmizdə cinayətkarlıq hallarının azalmasına da müsbət təsir göstərə bilər. Çünki amnistiyalar hüquqi məsələ olmaqla bərabər, həmçinin böyük tərbiyəvi əhəmiyyət daşıyır. Belə ki, islah olunmuş şəxs kimi yenidən cəmiyyətə qayıdan və yeni həyata başlayan keçmiş məhkumların həyat hekayəsi digər insanların, xüsusən də gənclərin cinayətkarlıqdan çəkinməsində mühüm psixoloji faktor kimi önəmli rol oynayır. Bu mənada əvf və amnistyalar cinayətkarlığa qarşı mübarizədə əsas alternativ vasitələrdən biri sayılır. Ümid edirik ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya təşəbbüsü ölkəmizdə daha sağlam ictimai münasibətlərin formalaşmasını, cəmiyyətdə həmrəylik mühitinin yaradılmasını və insanlar arasında müsbət sosial davranışları təşviq edəcək.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş