
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 70.937-yə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə son 48 saatda 12 nəfər öldürülüb, 7 yaralı isə xəstəxanalara çatdırılıb.
Atəşkəs qüvvəyə minəndən bəri 405 mülki şəxs həyatını itirib, 1115 nəfər yaralanıb və dağıntılar altından 649 cəsəd çıxarılıb.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumlarında yaralıların sayı isə 171.192 nəfər olaraq qeydə alınıb.
Cavid











































