
"Gələcək hücumların qarşısını almaq üçün düşməni peşman olacaqları nöqtəyə gətirənə qədər müharibəni davam etdirəcəyik".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya deyib.
General ABŞ-İsrail ittifaqının İrana qarşı müharibədə məqsədlərinə çata bilmədiyini söyləyib.
"Qətiyyətlə deyə bilərik ki, qarşı tərəf müharibədə məqsədlərinə çata bilməyib və əslində məğlub olub. Müharibəni davam etdirməyin məqsədi düşməni həqiqətən peşman olacaqları nöqtəyə çatdırmaqdır. Bu, bəziləri tərəfindən emosional yanaşma kimi qəbul edilə bilər, amma əslində tamamilə strateji rasionallığa əsaslanır",-deyə Məhəmməd Əkrəminiya vurğulayıb.
Anar













































