Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda bir qrup müxalifət üzvü saxlanılıb

Ermənistanda bir qrup müxalifət üzvü saxlanılıb


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətxorluğu ilə bağlı cinayət işi ilə əlaqədar iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının beş tərəfdarını həbs edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatında bildirilib.

Belə ki, Komitə Güclü Ermənistan partiyası adından fəaliyyət göstərən bir qrup şəxsin iyun ayında keçirilən parlament seçkilərində adı çəkilən siyasi qüvvəyə səs vermək müqabilində bir sıra vətəndaşlara seçki rüşvəti verdiyinə dair etibarlı məlumat əldə edib.

Məlumatda əlavə edilib ki, istintaq həmçinin "Güclü Ermənistan" adından hərəkət edən şəxsin seçkilər zamanı xeyriyyəçilik qadağasını pozduğunu və vətəndaşları mitinqlərdə iştirak etməyə təhrik etdiyini müəyyən edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası Karapetyanın Yerevandakı partiya ofislərindən birində axtarışlar aparıldığını və həbslərin edildiyini bildirmişdi.

Anar
Xəbəri paylaş