
Rusiya Kubanın paytaxtı Havanadakı taksi şirkətinə 50 ədəd "Moskvich" avtomobili bağışlayacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Baş nazirin müavini Dmitri Çernışenko Rusiya-Kuba Biznes Dialoqu zamanı bildirib.
"Prezidentlərimiz Vladimir Vladimiroviç Putin və Migel Diaz-Kanel arasında əldə edilən razılaşmalara əsasən, biz müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam edirik. Keçən il Rusiya Kubadan idxalı 20% artırıb. Kubaya Rusiya avtomobillərinin tədarükü genişlənir. Bura QAZ, UAZ, Kamaz və Lada avtomobilləri daxildir. Bu əməkdaşlıq çərçivəsində Rusiya Havanadakı taksi şirkətinə 50 ədəd "Moskvich" avtomobili bağışlayacaq", - deyə Çernışenko bildirib.
Baş nazirin müavini qeyd edib ki, xarici təzyiqlərə baxmayaraq, Rusiya şirkətləri Kubadakı iştiraklarını genişləndirməyə davam edir və uzunmüddətli layihələrə investisiya qoymağa hazırdırlar.
Şeyda












































