Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistanı açıq şəkildə təhdid edir

Rusiya Ermənistanı açıq şəkildə təhdid edir



[spoiler][/spoiler]"Parlament seçkiləri öncəsi Moskvadan İrəvana yönəlmiş təhdidlərin sayı artır. Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsovun son açıqlaması da bu qəbildəndir. Şevtsovun açıqlaması onu deməyə əsas verir ki, Rusiya Ermənistanı ikinci Ukrayna gözündə görür".

Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Kreml heç bir halda Ermənistanı itirmək, onu Qərbin, Avropanın qucağına atmaq istəmir: Son açıqlama da məhz buna hesablanıb və İrəvana təzyiq xarakteri daşıyır:

"Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini deyib ki, guya Ermənistan 2013-2014-cü illərdəki Ukrayna təcrübəsini təkrarlayır. Bu açıqlama onu deməyə əsas verir ki, Rusiya Ermənistanda istər seçkilərdə, istərsə də ondan sonra maraqlarının təmin olunmayacağı təqdirdə Ukrayna kimi bu ölkəyə də güc tətbiq edəcək. Bu isə regionda kifayət qədər gərginlik yaratmış olacaq".

Arzuman Muradlı hesab edir ki, məlum açıqlamanın Rusiyanın hansısa deputatı və ya siyasi partiya rəhbərinin deyil, birbaşa Rusiya Təhlükəsizlik Şurasının rəsmisinin səsləndirməsi Kremlin İrəvanla bağlı ciddi planlarının olduğunu bir daha təsdiqləyir:

"Ancaq Rusiya onu da nəzərə almalıdır ki, Ermənistana qarşı da atacağı hansısa təcavüzkar addımda Qərbi, Avropanı qarşısında görəcək".

Süleyman
Xəbəri paylaş