Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 iyun Özbəkistanda avtomobilsiz gün elan olunub

10 iyun Özbəkistanda avtomobilsiz gün elan olunub


İyunun 10-da Özbəkistanda “Avtomobilsiz Gün” ekoloji kampaniyası keçirilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu təşəbbüs atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, zərərli tullantıların həcminin azaldılmasına və əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsinə yönəlib.

Özbəkistan Respublikası Prezidentinin “Təmiz Hava” ümummilli layihəsinin həyata keçirilməsi haqqında Fərmanına uyğun olaraq, 1 may 2026-cı il tarixindən etibarən hər ayın 10-u və 25-i “Avtomobilsiz Gün” və “Avtomobilsiz Həftə” kampaniyaları təşkil olunur.

Müəyyən edilmiş qaydaya əsasən, dövlət təşkilatlarının və qurumlarının işçilərinə kampaniya günü rəsmi nəqliyyat vasitələrindən istifadə etmək qadağandır. Eyni zamanda, bu tələblərə əməl edilməməsi rəsmi etiket qaydalarının pozulması hesab edilə bilər.

Təşəbbüsün əsas məqsədi avtomobillərin buraxdığı zərərli qazların miqdarını azaltmaq, əhalinin sağlamlığını qorumaq, ictimai nəqliyyatdan və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə mədəniyyətini geniş şəkildə təbliğ etməkdir.

Süleyman
Xəbəri paylaş