Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur Dəhlizi beynəlxalq səviyyədə getdikcə daha çox əhəmiyyət kəsb edir

Zəngəzur Dəhlizi beynəlxalq səviyyədə getdikcə daha çox əhəmiyyət kəsb edir


"Zəngəzur Dəhlizi beynəlxalq səviyyədə getdikcə daha çox əhəmiyyət kəsb edir".

Newscenter.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qlobal təchizat zəncirlərindəki dəyişikliklər Orta Asiyanın əhəmiyyətini artırıb:

"Nəticədə bir çox qlobal aktorların, xüsusən də Avropa Birliyinin regionla enerji və logistika sahələrində əməkdaşlıq imkanları inkişaf edib. Bu sırada Zəngəzur Dəhlizinin beynəlxalq əhəmiyyəti də artıb".

Binəli Yıldırım, Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Layihəsinin Çin-Avropa marşrutunda oyun dəyişdirici effekt yaratmaq potensialına malik olduğunu vurğulayıb.

O bildirib ki, bu xətt tamamlandıqda Çin və Avropa arasında tranzit müddətini əhəmiyyətli dərəcədə azaldacaq və Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artıracaq.

Süleyman
Xəbəri paylaş