
Yeni konstitusiyanın qüvvəyə minməsi ilə yaradılan Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya ilk deputat seçkilərinin vaxtı məlum olub.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, seçkilər avqustun 23-də keçiriləcək. Bununla bağlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
"Qazaxıstan Respublikası Qurultayının deputatlarının seçkiləri 23 avqust 2026-cı il tarixinə təyin edilsin", - deyə fərmanda qeyd olunur.
Tokayevin imzaladığı fərman əsasında seçkilərin hazırlanması və təşkili Mərkəzi Seçki Komissiyasına həvalə edilib.
Süleyman












































