Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda Özbəkistan Mədəniyyət Günləri keçirilir

Qırğızıstanda Özbəkistan Mədəniyyət Günləri keçirilir


Qırğızıstanda Özbəkistan Mədəniyyət Günləri keçirilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, əsas tədbirlər 27-28 iyul tarixlərində Çolpon-Ata şəhərində və İssık-Kul bölgəsinin Bosteri kəndində keçiriləcək.

Özbəkistan Mədəniyyət Nazirliyinin məlumatına görə, ölkə nümayəndə heyəti Mədəniyyət Günlərini keçirmək üçün Qırğızıstana gəlib. Nümayəndə heyətinə təxminən 200 mədəniyyət və incəsənət nümayəndəsi daxildir.

Mədəniyyət Günlərinin açılış mərasimi Çolponotadakı "Rux Ordo" mədəniyyət mərkəzində keçiriləcək. Yekun konsert isə 28 iyulda Bosteri kəndindəki "Dordoy Nomad" arenasında keçiriləcək.

Qırğızıstan Mədəniyyət Nazirliyi tədbirin iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın inkişafına, yaradıcılıq əlaqələrinin genişləndirilməsinə və qırğız tamaşaçılarını Özbəkistan mədəniyyəti ilə tanış etməyə xidmət edəcəyini qeyd edib.

Süleyman
Xəbəri paylaş