Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda iki ayda 70 nəfər suda boğulub

Qazaxıstanda iki ayda 70 nəfər suda boğulub



1 iyun tarixindən bəri Qazaxıstanda su hövzələrində 24-ü uşaq olmaqla 68 nəfər boğulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə isə, üzgüçülük mövsümünün başlanğıcından bəri xilasedicilərin operativ hərəkəti sayəsində 23-ü uşaq olmaqla 90 nəfər xilas edilib.

Prokurorlar daxili işlər və təcili yardım xidmətləri ilə birlikdə su hövzələrindəki kütləvi istirahət zonalarında reydlər keçirirlər.

Bildirilir ki, uşaqlarının təhlükəsizliyinə laqeyd yanaşan valideynlər inzibati məsuliyyətə cəlb olunacaqlar. Onlar 10 aylıq hesablama göstəricisi miqdarında cərimə və 10 günə qədər inzibati həbs cəzasına məhkum ediləcəklər.

Anar
Xəbəri paylaş