
Qazaxıstan Birləşmiş Millətlər Təşkilatının elektron hökumətin inkişaf indeksində 193 ölkə arasında 24-cü yerdədir.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı Kasım-Jomart Tokayev Astanada keçirilən III Beynəlxalq Süni İntellekt Olimpiadasının açılış mərasimində bildirib.
"Ölkəmiz yeni texnologiyaların tətbiqinə hazırlıq səviyyəsinə görə Mərkəzi Asiyada liderdir. Biz vahid innovativ ekosistem yaradırıq. Burada süni intellekt dövlətin, iqtisadiyyatın və biznesin idarə olunması üçün vacib mexanizm kimi ictimai həyatın bütün sahələrinə fəal şəkildə daxil olur", - deyə prezident bildirib.
Qasım-Jomart Tokayev qeyd edib ki, qazaxıstanlı tələbələr ötən il Pekində keçirilən Süni İntellekt Olimpiadasında üç qızıl, bir gümüş və üç bürünc medal qazanıblar.
Süleyman












































