Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazın siması müsbətə doğru dəyişir

Cənubi Qafqazın siması müsbətə doğru dəyişir


"8 avqusta Ağ Evdə Birləşmiş Ştatlar prezidenti D.Trampın təşəbbüsü Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Vaşinqton Sülh Zirvəsindən bir il keçdi. Həmin görüşdə Cənubi Qafqazın gələcəyi üçün yeni dönəmin başlanğıcını qoyan sənədlərə imza atıldı. Azərbaycan Ermənistan arasında sülh sazişi paraflandl, birgə bəyannamə imzalandı, TRiPP layihəsi ilə bağlı ilkin razılaşmalar əldə edildi. Beləliklə də Bakı 44 günlük müharibədən sonra döyüşlərdə qazandığı qələbəni diplomatiya meydanında da təkrarladı".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Azərbaycanın iradəsi institutlaşdırıldi, həyata keçirildi:

"Təsadüfi deyil 8 avqust ildönümü münasibəti ilə D.Tramp prezident İ.Əliyevə zəng edərək 40 dəqiqə müzakirələr aparıb və Azərbaycan liderinə təşəkkürünü bildirib. İki gün əvvəl ABŞ, Azərbaycan və Ermənistanın birgə bəyanatı ötən bir il ərzində həyata keçirilən işlərə əsaslanaraq gələcəkdə möhkəm təməlin qoyulması bir daha ifadə olunub".

Əli Orucov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanmasa da, sülh əldə olunub, iqtisadi və ticari əlaqələr yaranıb, dəmiryol daşımaları icra edilir:

"Cari ilin altı ayında 17.1 milyon dollar ticarət dövrüyyəsi olub və bu həcm artan templə davam etdirilir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat xəttini hazır vəziyyətə gətirib və Ermənistanda da bu istiqamətdə işlər sürətlə getməkdədir. TRİPP-in transmilli nəqliyyat layihəsi olan Orta Dəhlizin vacib həlqəsi kimi yaxın dönəmlərdə istifadəyə veriləcəyi gözlənilir. Hər üç ölkənin birgə yaydığı bəyanatdan da görünür ki, Cənubi Qafqazın siması müsbətə doğru dəyişir. İnteqrasiya və əlaqələrin güclənməsi, investisiyaların qoyulması kimi vacib məsələlərdə kifayət qədər pozitivlik var. Beləliklə. bu regionun beynəlxalq məkana tam qovuşmasına maneələr aradan qaldırılır".

Süleyman
Xəbəri paylaş