Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Kuril adalarına görə, İkinci Dünya Müharibəsi zamanı böyük bədəl ödəyib: Zaxarova

Rusiya Kuril adalarına görə, İkinci Dünya Müharibəsi zamanı böyük bədəl ödəyib: Zaxarova


Kuril adaları Rusiya ərazisinin ayrılmaz hissəsidir və Rusiya bunun üçün İkinci Dünya Müharibəsi zamanı böyük bədəl ödəyib.

Newscenter.az TASS-a istinadən bildirir ki. bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Yaponiya səfiri Akira Mutoya bu barədə xatırlatma edilib.

"Bu gün səfir gəldi və ona qarşı sərt etiraz bildirildi. Xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu dilə gətirdi. Bunlar qanunvericiliyimizə və beynəlxalq hüquqa görə Rusiya əraziləridir. Çünki xalqımız onlar üçün böyük bədəl ödəyib", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Yaponiya diplomatı Rusiya prezidenti Vladimir Putinin Kuril adalarından biri olan İturupa səfəri ilə bağlı Tokionun etirazından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir diplomatik binada 25 dəqiqə qalıb və heç bir şərh vermədən oradan çıxıb.

Anar
Xəbəri paylaş