Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamçatkada aviasiya üçün təhlükə yaranıb

Kamçatkada aviasiya üçün təhlükə yaranıb


Kamçatkadakı iki vulkan aviasiya təhlükəsini göstərən narıncı, ikisi isə orta səviyyəli sarı xəbərdarlıq altında qalır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kamçatka Vulkan Püskürməsinə Qarşı Mübarizə Qrupu (KVERT) bildirib.

Məlumata görə, Şiveluç püskürməsi güclü buxar və qaz aktivliyi ilə müşayiət olunur. Peyk məlumatlarına əsasən, bütün həftə ərzində vulkanda istilik anomaliyası müşahidə edilib. Klyuçevskaya Sopka da aktivdir və narıncı təhlükə altındadır. Vulkanın püskürməsi 15 avqustda başlayıb və davam edir. Bezymyannı və Krasheninnikova vulkanları da aktivdir və sarı (orta) aviasiya təhlükəsi altındadırş

KVERT bu dörd vulkanın yerli uçuşlar üçün təhlükə yaratdığını vurğulayıb.

Anar
Xəbəri paylaş