Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nepal xarici ölkələrin yardım təklifini rədd edib

Nepal xarici ölkələrin yardım təklifini rədd edib


Nepal 469 nəfərin ölümünə səbəb olan dağıdıcı daşqınlardan sonra bir neçə ölkənin axtarış-xilasetmə qruplarının göndərilməsi təklifini rədd edib.

Newscenter.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib. Məlumata görə, Nepal hakimiyyəti öz təhlükəsizlik qüvvələrinin bu cür əməliyyatları həyata keçirməyə qadir olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu cür təkliflər tamamilə təbiidir. Lakin Nepal təhlükəsizlik qüvvələri axtarış-xilasetmə əməliyyatları aparır və hazırda bu cür yardıma ehtiyac yoxdur.

Media qeyd edir ki, hökumət bu qərarı Nepal ordusu və polisinin tövsiyəsi ilə verib.

Anar
Xəbəri paylaş