
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasına hücum zamanı çox sayda Amerika əsgərini öldürdüyünü iddia edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə SEPAH məlumat yayıb.
Məlumatda deyilir ki, təcavüzkarın cəzalandırılması əməliyyatının ikinci dalğası zamanı İİKK-nın Aerokosmik Qüvvələrinin qırıcıları İordaniyadakı ABŞ Dəniz Piyadaları Korpusunun Aqaba körfəzi sahilində yerləşən və Titin düşərgəsi kimi tanınan bazasına kütləvi ballistik raket zərbəsi endiriblər. Hücum nəticəsində çox sayda ABŞ əsgəri həlak olub. Eləcə də bir neçə mühüm obyekt və hücum helikopterləri məhv edilib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirmişdi. Məlumata görə, ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə partlayışlar baş verib. ABŞ prezidenti Donald Tramp Amerika hədəflərinə qarşı növbəti cavab hücumları olacağı təqdirdə İslam Respublikasını məhv etməklə hədələyib.
Anar












































