
Rusiya müharibəni dondurmaq deyil, ona son qoymaq istəyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
Kreml rəhbəri qeyd edib ki, Moskva həm Ukraynada, həm də Avropada davamlı sülhə nail olmaq istəyir. Putin bildirib ki, Rusiya istəyən hər kəslə danışıqlara hazırdır.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyul ayında Ukrayna münaqişəsinin dondurulması təklifini irəli sürmüşdü.
Anar












































