Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Ermənistan dialoqu davam etdirəcək

Rusiya və Ermənistan dialoqu davam etdirəcək


Rusiya və Ermənistan dialoqu sakit şəkildə davam etdirmək barədə razılığa gəliblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Qoy Ermənistan hökuməti nə istədiklərini, məqsədlərinin nə olduğunu dürüst şəkildə desinlər. Biz sakit dialoq aparmaq barədə razılığa gəldik",-deyə Kreml rəhbəri qeyd edib.

Putin vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hər sahədə birgə işimizin hərtərəfli təhlilini təklif edib:

"Mən bununla razıyam".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün ŞƏT zirvə görüşü çərçivəsində Bişkekdə bir araya gəlib.

Süleyman
Xəbəri paylaş