
Finlandiya hökuməti Daxili İşlər Nazirliyinin İcazəsiz Girişlə Mübarizə üzrə Müvəqqəti Tədbirlər Qanununun (Sərhəd Təhlükəsizliyi Qanunu kimi də tanınır-red) qüvvədə olma müddətinin 31 dekabr 2028-ci ilə qədər uzadılması təklifini təsdiqləyib.
Newscenter.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti cümə axşamı günü bildirib.
"Qanun Finlandiyaya yönəlmiş təzyiqlərə qarşı durmaq, sərhəd təhlükəsizliyini gücləndirmək və icazəsiz girişin ən ciddi vəziyyətlərinə hazırlıq görmək məqsədi daşıyır", - nazirliyin press-relizində bildirilir.
Daxili işlər naziri Mari Rantanenin sözlərinə görə, Finlandiya sərhəd təhlükəsizliyini qətiyyətli tədbirlərlə təmin edəcək: “Sərhəd Təhlükəsizliyi Qanunu ilə sərhəd orqanlarını icazəsiz girişin ən ciddi vəziyyətlərinə effektiv şəkildə cavab verməyə hazırlamışıq".
Daxili işlər nazirliyi qeyd edib ki, qanunun məzmununda heç bir dəyişiklik təklif olunmur: “Finlandiyanın şərq sərhədində icazəsiz giriş təhlükəsi yüksək olaraq qalır. Sərhəd Mühafizəsinin məlumatlarına və qiymətləndirmələrinə görə, vəziyyət qanunun sonuncu dəfə uzadıldığı 2025-ci ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib".
2023-cü ildən bəri Finlandiya hakimiyyəti dəfələrlə Rusiya ilə sərhəddəki bütün səkkiz sərnişin keçidini bağlamaq qərarına gəlib və bunu Rusiya tərəfindən təşkil olunmuş, üçüncü ölkələrdən Finlandiya sərhədinə kütləvi miqrant axını ilə əlaqələndirib. Onlar bunu Rusiya tərəfindən təşkil olunmuş hibrid hücum və təhlükəsizlik təhdidi kimi qiymətləndirirlər.
Anar











































