
Keçmiş Bosniya Serb Ordusunun komandiri general Ratko Mladiçin cənazəsi Haaqadan götürülüb və tezliklə Belqrada çatdırılması gözlənilir.
Newscenter.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç 3 sentyabrda jurnalistlərlə söhbətində bildirib.
"Düşünürəm ki, ailəyə dəqiq bildiriş göndəriləcək, amma bildiyim qədəri ilə cənazə artıq göndərilib və bu axşam gec saatlarda Serbiyaya çatacaq", - N1 TV telekanalı Serbiya liderinin sözlərini sitat gətirib.
Vuçiç həmçinin qeyd edib ki, Mladiçin dəfn mərasimində on minlərlə insan iştirak edəcək. Bununla əlaqədar Serbiya Prezidenti qeyd edib ki, bütün qəbiristanlığın təhlükəsizliyinin təmin olunması lazımdır.
"Serbian Informer" telekanalı 27 avqustda soyqırımda məhkum edilmiş Mladiçin öldüyünü bildirib.
Anar











































