
Son 10 gün ərzində 96.415 Özbəkistan vətəndaşı Rusiyadan vətənlərinə qayıdıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Miqrasiya Agentliyi məlumat verib. Bildirilib ki, onlardan 54.885 nəfər birbaşa Özbəkistana, 41.530 nəfər isə Qazaxıstan vasitəsilə vətənə gəlib.
Bu müddət ərzində Miqrasiya Agentliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və digər məsul qurumlar Rusiyadakı vətəndaşlardan 6.413 müraciət alıb. 5.467 vətəndaşa praktik yardım göstərilib.
Xüsusilə, 2681 vətəndaşa hüquqi yardım göstərilib, 726 nəfərə Özbəkistana qayıtmaq üçün sertifikat verilib, 272 vətəndaşa iş tapmaqda kömək göstərilib. Bundan başqa, 59 vətəndaşa maddi yardım göstərilib, 31 nəfərin əmək haqqı borcu ödənilib, 29 nəfərə isə digər yardım növləri göstərilib.
Süleyman
Məsul qurumların dəstəyi ilə 1669 vətəndaş geri qaytarılıb. Onlardan 660 nəfəri təyyarə ilə, 1009 nəfəri isə avtobusla geri qaytarılıb.
Moskva və Tula, Kursk, Kaluqa, Ryazan, Orel və Voronej vilayətlərində səyyar qəbullar təşkil edilib və Özbəkistanın 3000-dən çox vətəndaşı əhatə olunub.
Həmçinin 20 iri işəgötürənlə danışıqlar aparılıb və 2,5 mindən çox vakansiya üçün təkliflər hazırlanıb.
Həmçinin, 2026-cı ilin oktyabr ayından etibarən vətəndaşları təşkilati əsasda işə cəlb etmək üçün birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.









































