
ABŞ-dən olan tərəfdaşlar Azərbaycanı TRİPP-lə bağlı danışıqlar barədə mütəmadi olaraq məlumatlandırır.
Newscenter.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, TRİPP-lə bağlı əsas danışıqların ABŞ və Ermənistan arasında aparıldığını vurğulayıb:
"Bu da təbiidir. Amma eyni zamanda ABŞ-dən olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi olaraq məlumatlandırır. Çünki layihənin Azərbaycanın iştirakı olmadan baş tutması mümkünsüzdür. Bizə verilən məlumat ondan ibarətdir ki, proses uğurla davam etdirilir. Bizə deyirdilər ki, bu istiqamətdə proses ilin sonuna qədər başlayacaq. Amma son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir. Hesab edirik ki, layihə Azərbaycan, Ermənistan və bütövlükdə region üçün, beynəlxalq tərəfdaşlıq üçün çox vacibdir. Həmçinin Naxçıvan MR ərazisində dəmir yollalrnln bərpasına da artıq başlanılıb. Bu layihədə iştirak etmək istəyən beynəlxalq tərəfdaşlar mövcuddur. Lakin biz özümüz də artıq lazımi addımları atmaqdayıq".











































